Вернуться назад Распечатать

Polislərə yandırıcı maddə atılmasına nazirdən REAKSİYA

İstanbul Böyük Şəhər Bələdiyyəsi barədə başladılan istintaq çərçivəsində 323 nəfər şübhəli şəxs saxlanılıb.

1xeber.media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.

Nazir qeyd edib ki, ictimai asayişi pozan təşəbbüslərə imkan verilməyəcək.

"İstanbulda bu gecə keçirilən nümayişlərdə bir polis əməkdaşımıza yandırıcı maddə atıldı. Küçə çağırışı edənlər hansı məsuliyyətləri, hansı hüquqi öhdəlikləri götürdüklərini yaxşı düşünsünlər. Bir daha bəyan edirəm, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edənlərə, vandalizmə əsla icazə verməyəcəyik", - deyə A.Yerlikaya vurğulayıb.