Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar proqramında çıxış edərək gündəmdəki məqamlara toxunub.
1xeber.media xəbər verir ki, o, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun məhkəməsi ilə bağlı bunları deyib:
“Bələdiyyələrimiz korrupsiyaya dəstək verməyəcək, haqsızlığa boyun əyməyəcək. Xalqına dürüst şəkildə xidmət edəcək.”
Ərdoğan müxalifəti də sərt tənqid edərək onları polisə hücum etməkdə, məhkəmə orqanlarını hədələməkdə və ölkədə xaos yaratmağa çalışmaqda ittiham edib. O, CHP-nin bir qrup insan üçün “pul yuyan maşına” çevrildiyini bildirib.