Вернуться назад Распечатать

Gürcüstanda azərbaycanlı gənc yol qəzasında öldü - FOTO

Ötən gün Marneuli bələdiyyəsinin Sadaxlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 23 yaşlı Nəbi Daşdəmirov həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.