Вернуться назад Распечатать

Nüvə sazişinin hazırkı formasını qeyri-mümkündür - İran XİN

Birgə Kompleks Fəaliyyət Planı (JCPOA və ya nüvə sazişi) hal-hazırda dəyişmiş şəraitə görə indiki formada bərpa olunmur.

1xeber.media xəbər verir ki, bu barədə “Xəbər-e Online” agentliyinə müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“JCPOA hazırkı formada bizim üçün uyğun deyil. Nüvə vəziyyətimiz xeyli yaxşılaşıb və biz əvvəlki şərtlərə qayıda bilmərik”, - deyə İranintl Araqçinin sözlərindən sitat gətirib.

O, həmçinin deyib ki, İran danışıqlarda iştirak etməzdən əvvəl Vaşinqton siyasətini dəyişməlidir.

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan razılaşma əldə ediblər. 2018-ci ilin may ayında ABŞ JCPOA-dan çıxmaq qərarına gəldi və Tehrana qarşı sanksiyaları bərpa etdi.