Вернуться назад Распечатать

Rusiya və ABŞ BƏƏ-də danışıqlar aparmaq istəyirdi

Rusiya və ABŞ arasında Ukrayna məsələsi üzrə martın 24-nə planlaşdırılan danışıqlar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilə bilərdi.

1xeber.media xəbər verir ki, TASS-ın Əbu-Dabidəki diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, BƏƏ nümayəndə heyətlərini qəbul etmək istəyib, lakin Vaşinqton başqa variantda israr edib.

“Tərəflər danışıqlar üçün məkan seçərkən görüşün Əbu-Dabidə keçirilməsinin mümkünlüyü nəzərdən keçirilib, lakin Amerika administrasiyası görüşün Səudiyyə Ərəbistanında keçirilməsində təkid edib”, - agentliyin mənbəsi bildirib.

O əlavə edib ki, Rusiya əvvəlcə hər iki variantı nəzərdən keçirib. Eyni zamanda, BƏƏ görüşün Əbu-Dabidə keçirilməsi üçün müəyyən səylər göstərsə də, Amerika tərəfinin mövqeyinə görə bu, uğursuz alınıb.

Bu arada məlum olub ki, Rusiya ABŞ-la danışıqlarda ən azı bəzi məsələlərdə irəliləməkdə qərarlıdır. Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasinin qeyd etdiyi kimi, “ümumiyyətlə, Rusiya nümayəndə heyətinin əhval-ruhiyyəsi indi mübariz və konstruktivdir”.