Вернуться назад Распечатать

ABŞ və Ukrayna danışıqları başa çatdı: 2 saat davam edən müzakirələrin yekunu

Ər-Riyad şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb

Bu barədə TASS məlumat yayıb.

Danışıqlar təxminən iki saat davam edib. Ukrayna nümayəndə heyəti müdafiə naziri Rüstəm Umerovun rəhbərliyi altında danışıqlar zalını tərk edib.

Umerovla yanaşı görüşdə prezidentin ofisi rəhbərinin müavini Pavel Palisa da iştirak edib. ABŞ nümayəndə heyətində Dövlət

Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Anton, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsun köməkçiləri yer alıb.

Qeyd edək ki, sabah Ər-Riyad şəhərində Rusiyanın və ABŞ-ın nümayəndə heyətləri arasında yeni danışıqlar keçiriləcək. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək. Danışıqların əsas mövzusu Qara Dəniz taxıl təşəbbüsünün bərpası olacaq: bu barədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı zamanı razılaşma əldə olunub.

Rusiya nümayəndə heyəti artıq Səudiyyə Ərəbistanına çatıb.

**

Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüşə dair ilk açıqlama verilib. 

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Mənbənin məlumatına görə, fasilə zamanı Ukrayna Prezident Ofisi Aparatı rəhbərinin müavini Pavlo Palisa danışıqların gedişatı barədə danışmaqdan imtina edib. O, “Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə Ər-Riyadda görüş keçirməyəcək” deməklə kifayətlənib.

**

20:28

Ər-Riyadda Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb. 

Bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat yayıb.

Danışıqlar masasına enerji və infrastruktur obyektlərinin təhlükəsizliyi məsələləri yatırılıb.

Globalinfo.az