Вернуться назад Распечатать

Azərbaycandan İsrailə pul köçürmələri artıb, əks istiqamətdə isə azalıb

Ötən il Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,740 milyon ABŞ dolları təşkil edib.

1xeber.media Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 450 min ABŞ dolları və ya 19,6% artıb.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində İsrailin payı 0,5% təşkil edib.

Həmçinin, ötən il İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 13,626 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 199 min ABŞ dolları və ya 1,4% azalma deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində İsrailin payı 1,3% təşkil edib.

2023-cü ildə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,290 milyon ABŞ dolları, əks istiqamətdə isə 13,825 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,367 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,942 milyon ABŞ dolları və ya 34,6% azdır.