Вернуться назад Распечатать

İmamoğludan Ərdoğanla bağlı paylaşım

Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu Türkiyə prezidenti Ərdoğanın anasına ünvanlanan təhqirləri pisləyib.

1xeber.media xəbər verir ki, İmamoğlu bu barədə X hesabında paylaşım edib.

"Çörək, su, hava kimi müqəddəs saydığım analarımızın ünvanına yığılan təhqirləri qəbul edə bilmirəm. Prezidentin anasına edilən təhqirləri ürəkdən pisləyirəm. Bir daha uca Allahdan ona rəhmət diləyirəm”, - deyə İmamoğlu yazıb.

Qeyd edək ki, Əkrəm İmamoğlu haqda İBB-yə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. O, Silivri cəzaçəkmə müəssisəsinə göndərilib.