Вернуться назад Распечатать

Moldova Prokurorluğu Qaqauziya rəhbərinin saxlanmasını təsdiqləyib

Moldova Baş Prokurorluğu Qaqauziyanın Başkan (rəhbəri) Yevgeniya Qutsulun 72 saat həbsdə saxlanmasını təsdiqləyib.

1xeber.media xəbər verir ki, bu barədə idarənin saytında məlumat dərc olunub.

Prokurorluğun məlumatına görə, martın 25-də axşam Kişinyov aeroportunun çıxışında sərhəd nəzarəti çərçivəsində yoxlamadan sonra müəyyən edilib ki, Qaqauziya rəhbəri “əməliyyat tapşırığı” statuslu sistemlərdə görünür. Qeyd olunur ki, bununla bağlı dərhal səlahiyyətli orqanlara məlumat verilib.

"Qanunla müəyyən edilmiş prosedurlara uyğun olaraq dərhal səlahiyyətli orqanlara məlumat verilib. Həmin şəxs Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Mərkəzin əməkdaşları tərəfindən 72 saat müddətinə saxlanılıb", - prokurorluğun məlumatında deyilir.