Вернуться назад Распечатать

İtaliya Ukraynaya qoşun göndərməyəcəy - Meloni

İtaliya öz qoşunlarını Ukraynaya göndərməyi planlaşdırmır.

1xeber.media xəbər verir ki, bunu ölkənin baş naziri Giorgia Meloni xarici işlər naziri Antonio Tajani, nəqliyyat və infrastruktur naziri Matteo Salvini və müdafiə naziri Qvido Krosetto ilə görüşündə deyib.

"Görüşdə təsdiqləndi ki, yerdə mümkün hərbi missiyada iştirak nəzərdə tutulmur", - görüşdən sonra verilən məlumatda deyilir. Eyni zamanda, atəşkəsin monitorinqində BMT-nin mümkün rolu da istisna edilmir.

Görüşün martın 27-də Parisdə keçiriləcək sammit ərəfəsində baş tutduğu bildirilir. Tərəflər həmçinin Ukraynaya dəstək və Kiyevin təhlükəsizliyinə təminat məsələlərini müzakirə ediblər.