1xeber.media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukraynadakı münaqişənin həlli qlobal sanksiyalar arxitekturasının yenidən qiymətləndirilməsini tələb edir.
O, nizamlanmanın sadə və tez olmayacağını vurğulayıb. Rubio vurğulayıb ki, ABŞ Rusiya və Ukraynanın müraciətlərini müqayisə edib təhlil edəcək.
Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi sülh danışıqları və Ukraynada hərbi əməliyyatların dayandırılması çərçivəsində Rusiyanın enerjisinə tətbiq edilən sanksiyaların ləğv oluna biləcəyini bildirib. Agentliyin mənbələrindən verilən məlumata görə, sənaye ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məsələsi gündəlikdəki əsas məsələlərdən biridir. ABŞ-ın maliyyə sanksiyalarının yumşaldılması Rusiyanın enerji ixracına və onlardan gələn gəlirlərə daha çox təsir edəcək.