Вернуться назад Распечатать

Təbriz Əliyev Rusiyada öldürüldü

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir azərbaycanlı həlak olub.

1xeber.media xəbər verir ki, Rusiya ordusunun sıralarından döyüşlərə qoşulmuş Əliyev Təbriz Mübariz oğlu aldığı xəsarətlərdən ölüb.

T.Əliyev Cəlilabad rayon Moranliı kənd sakini olub.

Yaxınlarının verdiyi məlumata görə Əliyev mart ayının 29-da  Vətənə gətiriləcək və  doğma kəndi Moranlıda dəfn olunacaq.

Allah rəhmət eləsin!