Вернуться назад Распечатать

Tovuzda ananın ölümə məhkum etdiyi körpə uşaq xəstəxanasındadır

Tovuzda ananın ölümə məhkum etdiyi körpə  uşaq xəstəxanasındadır.

1xeber.media xəbər verir ki.bu barədə məlumatı Azərbaycan Uşaqlar İctimai Birliyinin sədri Kəmalə Ağazadə verib.

Qeyd edək ki,bu gün “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Tovuz rayonunda anası tərəfindən ölümə məhkum edilən və hal hazırda bakıya gətirilmiş uşağı ziyarət edib.

Məlumata görə,hal-hazırda uşağın vəziyyəti ağırdır .Respublika Pediatriya Mərkəzinin həkimlərinin səyi nəticəsində yüksək səviyyədə müalicə olunaraq Mərkəz tərəfindən uşağın bütün ehtiyacları qarşılanır.