Parisdə Ukraynanın müttəfiqlərinin beynəlxalq koalisiyasının iclası başlayıb.
1xeber.media xəbər verir ki, tədbirin başlanması barədə Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat xidməti məlumat yayıb.
“İştirakçılar Ukraynaya davamlı dəstəyin davam etdirilməsi, eləcə də ölkəmizin təhlükəsizliyinin əsas təminatlarından olan Ukrayna ordusu və hərbi sənaye kompleksinin gücləndirilməsi məsələlərini müzakirə edəcəklər”.