Вернуться назад Распечатать

Scholz Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərti açıqladı

Ukrayna ilə münaqişənin indiki mərhələsində Rusiyaya qarşı sanksiyaların ləğvi “səhv” olardı.

1xeber.media xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Avropa liderlərinin Parisdə keçirilən görüşü zamanı bildirib.

Sülh əldə olunmayana qədər sanksiyaları ləğv etməyin mənası yoxdur”, - deyə siyasətçi bildirib.

Bununla yanaşı, Şolz qeyd edib ki, Ukraynada sülhün əldə olunması perspektivləri qeyri-müəyyən olaraq qalır.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron da Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsini vaxtından əvvəl adlandırmışdı. O qeyd edib ki, bu məsələ uzunmüddətli və etibarlı sülh nizamlanması çərçivəsində müzakirə edilməlidir.