Вернуться назад Распечатать

Mingəçevirdə iki başdaşısı olan məzar qalmaqalı həllini tapdı

Mingəçevir kənd qəbiristanlığında iki başdaşılı məzar ətrafında dolaşan söhbətlərə bu gün son qoyulub.

1xeber.media Teleqraf.az-a istinadən xəbər verir ki, məzarın üzərində ucaldılmış “Övladlarından xatirə” yazılmış başdaşı lövhəsi mərhum Cavad Qurbanzadənin yaxınlarının iştirakı ilə götürülüb.

Xatırladaq ki, bu olayın görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə yol açmışdı. Məsələnin yanlışlıqdan qaynaqlandığı bildirilib.