Вернуться назад Распечатать

Ötən il Azərbaycanın Cənubi Koreya iqtisadiyyatına yatırdığı sərmayənin həcmi məlum olub

Ötən il Azərbaycan Cənubi Koreya iqtisadiyyatına 17,9 milyon ABŞ dolları sərmayə qoyub.

Bu barədə 1xeber.media Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü ildəki göstərici ilə müqayisədə 4,4 milyon ABŞ dolları və ya 32,8% çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Cənubi Koreyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 13,5 milyon ABŞ dollarına bərabər olub.

Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.