Вернуться назад Распечатать

Azərbaycandan Niderlanda və əks istiqamətdə pul köçürmələri artıb

Ötən il Azərbaycandan Niderlanda fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,9 milyon ABŞ dolları təşkil edib.

1xeber.media Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 52,3% çoxdur.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Niderlandın payı 0,9% təşkil edib.

Həmçinin, ötən il Niderlanddan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 6 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 24,2% artım deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Niderlandın payı 0,6% təşkil edib.

2023-cü ildə Azərbaycandan Niderlanda fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,2 milyon ABŞ dolları, əks istiqamətdə isə 4,8 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.