Вернуться назад Распечатать

Polislər güllələndi: ölü və yaralılar var

İranda polislər güllələniblər.

1xeber.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Məlumata görə, hadisə İranşəhr şəhərinin Çahcəmal bölgəsində baş verib.

12-ci polis bölməsinə məxsus avtomobil naməlum silahlılar tərəfindən atəşə tutulub. Avtomobildə olan çavuş Hüseyn Teymuri ölüb, digər iki polis isə yaralanıb.

Yaralıların vəziyyəti haqqında məlumat verilməyib.