Вернуться назад Распечатать

“Melissa Group”un rəhbəri olduğu deyilən şəxs danışdı

Dünən Yasamalda qadının evini başına uçurulması ilə bağlı “Bakupost”da yayımlanan materialda Melissa group-un rəhbəri kimi təqdim edilən şəxsə aid foto səhv verilib.

Məqalədə Qalib Məmmədov kimi təqdim edilən şəxs əslində Mehdiyev Faiq Fəman oğludur. Bu yanlışlıq ciddi narahatlığa səbəb olub.

Faiq Mehdiyev “Bakupost”a açıqlamasında bildirib ki, o, vaxtilə “Melissa Group”da çalışıb, amma heç vaxt şirkətin rəhbəri olmayıb. Görünür, elə buna görə də internetdə “Melissa Group” rəhbəri Qalib Məmmədov haqqında axtarış verildikdə, səhvən Faiq Mehdiyevin fotosu çıxır.

Fotoda Faiq Mehdiyev:

Fotoda “Melissa Group”un rəhbəri Qalib Məmmədov: