Vaşinqtonun yeni ticarət tarifləri tətbiq etməsindən sonra Birləşmiş Ştatlar özünə gəlməli və Avropa İttifaqı (Aİ) ilə danışıqlar masasına oturmalıdır. 1xeber.media xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes bu barədə martın 28-də Madriddə keçirilən forumda bildirib; onun çıxışı hökumət başçısının rəsmi iqamətgahının saytında yayımlanıb.
“Mən ABŞ administrasiyasını ağlı başına gəlməyə və bu cəfəngiyyatı dayandırmaq üçün Avropa Komissiyası ilə dialoqa başlamağa çağırıram.
Sançes əlavə edib ki, Avropa ölkələri onların maraqlarını təhdid edən istənilən hərəkətə tez cavab verməyə hazırdır. Gazeta.Ru xəbər verir ki, bu vəziyyətdə Aİ tez, proporsional və yekdilliklə hərəkət edəcək.