Вернуться назад Распечатать

İlon Maskdan Azərbaycanla bağlı paylaşım

Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.

1xeber.media  məlumatına görə, amerikalı milyarder, “Space X”in sahibi İlon Mask bununla bağlı “X” hesabında paylaşım edib.

“Starlink” indi Azərbaycandadır” - deyə, Mask yazıb.

Qeyd edək ki, “Starlink” İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyk şəbəkəsidir. Layihə dünyanın istənilən nöqtəsini yüksəksürətli genişzolaqlı internetlə təmin etmək məqsədi daşıyır. Peyk buraxılışları “SpaceX” raketləri ilə həyata keçirilir.

“Starlink” hazırda ABŞ, Kanada, Avstraliya, Avropanın əksər hissəsi, Latın Amerikası və Afrikanın bir sıra ölkələrində xidmət göstərir.