Вернуться назад Распечатать

Filippin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu azaldıb

Ötən il Filippinin Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 13,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə 1xeber.media Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 10,4 milyon ABŞ dolları və ya 44% azalıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Filippindən yatırılan investisiyaların payı 0,2% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Filippindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 23,7 milyon ABŞ dolları olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.