Вернуться назад Распечатать

Tibb bacısı olan qadın və həkim qayınatası vəfat etdi

Uzun müddət Salyan Rayon Mərkəzi Xəstəxanasında çalışmış uroloq-həkim Məmmədağa Məmmədov dünyasını dəyişib. 

1xeber.media məlumatına görə, o, bu gün Bakı şəhərindəki klinikalardan birində vəfat edib.

Qeyd edək ki, mərhumun gəlini Svetlana Məmmədova da 3 gün əvvəl uzun sürən xəstəlikdən sonra 48 yaşında dünyasını dəyişib. S.Məmmədova Salyan Rayon Mərkəzi Xəstəxanasının Baş Tibb bacısı vəzifəsində çalışıb.