Bu gün artıq Azərbaycanda Ramazan bayramı qeyd edilir.
1xeber.media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi bayram namazının vaxtını da açıqlayıb. Belə ki, bu gün (30 mart) bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzəpir məscidində isə 09:00-da qılınacaq.
Bəs, bu gün oruc tutulmalıdırmı?
Qaydalara görə, bu gün imsak vaxtı (05:00-da) niyyət edilir və oruc başlayır. Ancaq bayram namazına qədər iftar edilir və oruc açılır.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev də Bakivaxti.az-a bildirib ki, bayram günü oruc tutmaq olmaz:
“Bayram günü oruc tutmaq haramdır. Bayram namazına gedən insan yeməyini yeməlidir - buna da iftar etmək deyilir, daha sonra bayram namazına qatılmalıdır. Allah bayramımızı mübarək etsin!”