Вернуться назад Распечатать

Bakıda yaşlı insanların evinə girib döydülər- Video

 
Yasamalda qonşular arasında kütləvi dava olub, xəsarət alan var.

1xeber.media xəbər verir ki,XALQ.AZ-a daxil olan məlumata görə, hadisə ötən gün  Yasamal rayonu Ələsgər Ələkbərov kücəsi 2/1 ünvaninda  baş verib.  Qadınlar arasında kiçik mübahisə  kütləvi davaya çevrilib.   76 yaşlı Hüseynov Firudin İbrahim oğlu və 71 yaşlı Hüseynova Xuramam Nəmət qızı  qonşuları Məmmədov Kərim İbiş oğlu, Əliyev Fərid Fikrət oğlu və digərləri tərəfindən döyülüb. 76 yaşlı Hüseynov Firudinin səhhəti  pisləşərək təcili yardıma müraciət olunaraq xəstəxanaya aparılıb.   Yaşlı insanlara və ailəyə zorakılıq göstərənlərlə bağlı hüquq-mühafizə orqanlarına  müraciət olunub.

Faktla bağlı  Polis idarəsində araşdırma aparılır və lazımı tədbirlərin görüləcəyi bildirilib.