Вернуться назад Распечатать

Tramp Putinə güvənir...

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə güvəndiyini bəyan edib.

1xeber.media  “Politico” nəşrinə istinadən xəbər verir ki, D.Tramp bunu təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib.

Amerika lideri Putinin Rusiya-Ukrayna müharibəsində sülh sazişi bağlamaq niyyətindən əl çəkməyəcəyinə əminliyini dilə gətirib: "Siz Putindən danışırsınız. Onun sözündən dönəcəyini düşünmürəm. Mən onu çoxdan tanıyıram. Biz həmişə yaxşı anlaşmışıq”.