Вернуться назад Распечатать

Gürcüstanda polis maşınına ziyan vuran Rusiya vətəndaşı saxlanıldı

Gürcüstanda polis maşınına ziyan vuran Rusiya vətəndaşı saxlanılıb.

1xeber.media xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 1995-ci il təvəllüdlü təqsirləndirilən şəxs martın 28-də Rustaveli prospektində hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı maska ​​taxaraq insidenti qəsdən törədib.

Onu 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.