Вернуться назад Распечатать

Hindistandan Azərbaycan iqtisadiyyatına yatırımlar azalıb

Ötən il Hindistanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 43,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə 1xeber.media Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 5 milyon ABŞ dolları və ya 10,5% azalıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Hindistandan yatırılan investisiyaların payı 0,6% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Hindistandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 48,2 milyon ABŞ dolları olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,8 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azdır.