Вернуться назад Распечатать

Ötən həftə neft qiymətləri artıb - İCMAL

Ötən həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Dated Brent” və “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində artım qeydə alınıb

1xeber.media xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,28 ABŞ dolları və ya 3,1% artaraq, 75,72 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 76,29 dollar/barel, minimum isə 75 dollar/barel olub.

Ötən həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 74 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,94 ABŞ dolları və ya 2,69% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 74,42 dollar/barel, minimum isə 73,39 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,26 ABŞ dolları və ya 3,96% artaraq, 59,31 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 59,86 dollar/barel, minimum isə 58,59 dollar/barel olub.

“Dated Brent” markalı neftin orta qiyməti 2,16 dollar və ya 3% bahalaşaraq 74,28 dollar/barelə bərabər olub. Ötən həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 74,88 dollar/barel, minimum isə 73,62 dollar/barel təşkil edib.