Вернуться назад Распечатать

SON DƏQİQƏ-Xaçmazın 4 kəndində yanğın başladı

Xaçmaz rayonunun dörd kəndində yanğın baş verib.

1xeber.media Report-a istinadən xəbər verir ki, yanğın rayonun Xaspoladoba, Qalağan, Canaxır kəndlərində, həmçinin İstisu qəsəbəsində kol-kos və qamışlıq ərazilərdə baş verib.

Ərazilərə FHN-nin Xaçmazla yanaşı Quba və Şabran rayonlarının yanğından mühafizə briqadalarının texnikaları və canlı qüvvələri cəlb olunub.

Yanğın ocaqlarının söndürülməsi istiqamətində işlərə davam etdirilir.