Вернуться назад Распечатать

Elçibəyin əkiz nəvələrinin adları açıqlandı

Mərhum eks-prezident Əbülfəz Elçibəyin əkiz nəvələrinin adları məlum olub.

1xeber.media bildirir ki, Modern.az-ın məlumatına görə, oğlana Ərtuqay, qıza isə Aynaz adı qoyulub.

Açıqlamasında ailənin yaxını Çingiz Özgür bildirib ki, hər şey qaydasındadır.

“Min şükür, hər şey qaydasındadır. Yalnız uşaqların çəkiləri bir az zəifdir”.

Xatırladaq ki, əkizlər martın 26-da dünyaya gəlib. Elçibəyin oğlu Ərturqut Əliyev atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.