Вернуться назад Распечатать

Səməd Seyidov erməni ilə görüşü rədd etdi

Azərbaycan parlamentinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov görüş təklifimi rədd edib.

1xeber.media teleqraf-a  istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

“Azərbaycanlı həmkarım görüş təklifimi açıq şəkildə rədd etdi”, - erməni deputat bildirib.

Xatırladaq ki, ötən həftə Xandanyan Seyidova müraciət edərək, Ermənistan və Azərbaycan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin iclasının keçirilməsini və sərhəddə görüşməyi təklif etmişdi.