Xəbər verildiyi kimi, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və Əkrəm İmamoğlu ilə bağlı başlatılan istintaq çərçivəsində 106 nəfər haqqında həbs qərarı verilib.
Saxlanılan şübhəlilərdən biri olan İstanbul meri Əkrəm İmamoğlu “korrupsiya” ittihamı ilə həbs olunub və Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
Müxalifət, xüsusən də CHP, bu qərarı hökumətin məsuliyyəti olaraq təqdim edib və bunun “siyasi” olduğunu iddia edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prokurorluğa məlumat verənlərin CHP üzvləri olduğunu bildirərək, “Sui-istifadə edən də, rüşvət alan da, etiraf edən də CHP-lidir. Amma günahkar AKP-dir” deyib.
1xeber.media “Haber7.com”a istinadən xəbər verir ki, bu hadisələrin fonunda jurnalist Fatma Sibel Gürcihandan diqqət çəkən bir iddia gəlib.
GİZLİ ŞAHİDLƏR İMAMOĞLU VƏ KILIÇDAROĞLUNUN ƏN YAXIN İNSANLARIDIR
Jurnalist Fatma Sibel Gürcihan İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan terror və korrupsiya istintaqında gizli şahidlərin, həbs olunan Əkrəm İmamoğlunun sağ əli Murat Ongun və CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğluna çox yaxın şəxslər olduğunu açıqlayıb.
Adları cinayət sayıldığı üçün hələlik açıqlaya bilməyən Gürcihan “hamısı CHP-lidir, hamısı İstanbul Böyükşəhər Bələdiyyəsi ilə illərlə işləyib və pul qazanıblar” deyib.
Gürcihan paylaşımında bunları qeyd edib:
Gizli Şahid 1: Murat Onguna yaxın birisi
Gizli Şahid 2: “Pul qüllələri” hadisəsinə qarışan biri
Gizli Şahid 3: Kemal Kılıçdaroğlunun çevresindən biri
Gizli Şahid 4: Yenə Kılıçdaroğluna yaxın biri, lakin CHP rəhbərliyindən sonra CHP ilə qarşıdurmaya düşmüş biri.
musavat.com