Вернуться назад Распечатать

Suriya lideri İlham Əliyevə məktub YAZDI

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 1xeber.media xəbər verir ki, təbrik məktubunda deyilir:

 "Cənab Prezident, Əziz Qardaş.

 Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

 Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.

 Bayramınız mübarək!"