Вернуться назад Распечатать

Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb

Cari ilin fevral ayında Azərbaycanın bank sektorunun xarici öhdəlikləri 2,6 milyard manat təşkil edib.

Bu barədə 1xeber.media Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ilin əvvəlinə nəzərən 21,8 milyon manat çoxdur.

Eyni zamanda, cari ilin fevral ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3,4% artaraq 35,4 milyard manat təşkil edib.