ABŞ üç rus şəxsi siyahıya əlavə etməklə Rusiyaya qarşı sanksiyaları genişləndirib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, yeni məhdudiyyətlər “terrorizmlə mübarizə” tədbirləri ilə bağlıdır. ABŞ-ın yeni sanksiyaları Yuri Belyakov, Vyaçeslav Vidanov və Əfqanıstan vətəndaşı olan Söhrab Ghairat kimi şəxsləri hədəf alır.
Bundan əvvəl 50 amerikalı senator Moskvanın Ukraynada sülh prosesində iştirakdan imtina edəcəyi təqdirdə daha sərt anti-Rusiya sanksiyalarına səs verməyə hazır olduqlarını bildiriblər.