Вернуться назад Распечатать

Tovuzda məktəbli qız dərsdən sonra itkin düşdü

Tovuzda məktəbli qız itkin düşüb.

1xeber.media xəbər verir ki, aprelin 2-si saat 18 radələrində Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü Aysun Süleymanova oxuduğu kənd tam orta məktəbindən çıxıb və itkin düşüb.

Ondan xəbər ala bilməyən ailəsi polisə müraciət edib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan  bildirilib ki, hazırda A.Süleymanovanın yerinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.