Amerikalı sahibkar və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask səhhətinin pisləşdiyini, lakin günün sonuna kimi sağalacağına ümid etdiyini bildirib.
O, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Mask xəstəliyinin səbəbini açıqlamayıb, lakin vəziyyəti stabilləşəcəyi təqdirdə canlı yayım keçirməyi planlaşdırdığını qeyd edib.
"Hazırda özümü yaxşı hiss etmirəm, amma səhhətim yaxşılaşarsa, axşama qədər yayımlayacam", - deyə milyarder yazıb.
Aprelin 2-də "Politico"nun yaydığı məlumata görə, İlon Mask biznesə diqqət yetirmək üçün gələcək həftələrdə hökumət postundan istefa verə bilər.
Maskın özü istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.
ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib ki, Mask ABŞ hökumətində ABŞ prezidenti Donald Trampın müşaviri kimi öz mövqeyini qoruyub saxlayacaq, lakin iş adamının nəzarətsiz Amerika bürokratiyası ilə mübarizədəki rolu hələ bitməyib.