Вернуться назад Распечатать

İsrailin Qəzzada məktəbə hücumu nəticəsində azı 25 nəfər ölüb

İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzada qaçqın vəziyyətinə düşmüş məktəbə hücumu nəticəsində azı 25 nəfər həlak olub.

1xeber.media xəbər verir ki, “Əl-Cəzirə” bu barədə  məlumat yayıb. “İsrailin şəhərin şimalındakı Tuffa bölgəsindəki bir məktəbi atəşə tutması nəticəsində ən azı 25 fələstinli ölüb, 100-ə yaxın insan yaralanıb”, - nəşr qeyd edir.

Onlar qeyd ediblər ki, gün ərzində İsrailin davamlı hücumları nəticəsində ölənlərin sayı 100 nəfəri keçib.
Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında əlavə ərazilərin ələ keçirildiyini açıqlamışdı. O qeyd edib ki, İsrail hərbçiləri Qəzza zolağının bölünməsi yolu ilə HƏMAS-ı girovları azad etməyə məcbur etməyə çalışır. Netanyahu aydınlaşdırıb ki, Fələstin hərəkatı saxlanılan vətəndaşları geri qaytarana qədər təzyiqlər artacaq.

İDF martın 18-də Qəzzada Fələstin hərəkatına qarşı hərbi əməliyyatları bərpa edib.Qəzzanın Səhiyyə Nazirliyinin mətbuat xidməti martın 28-də bildirib ki, o vaxtdan bəri Fələstin anklavına yenidən hücumlar nəticəsində 890-dan çox insan həlak olub, 1980-dən çox insan yaralanıb.