Вернуться назад Распечатать

"Saçını kəs, dağa gəl..." - İtən məktəblinin nənəsi

Tovuzda orta məktəb şagirdi, 13 yaşlı A.Süleymanova oxuduğu Bozalqanlı kənd tam orta məktəbindən çıxıb və evə qayıtmayıb. 

1xeber.media xəbər verir ki, azyaşlının nənəsi deyib ki, onun çantasından ərəb əlifbası ilə yazılan qəribə qeydlər çıxıb:

"Son zamanlar hərəkətlərində qeyri-adilik var idi. Səhhəti ilə bağlı məktəbə də çağırmışdılar. Dedilər dəftərində qeyri-adi şeylər yazıb. Özünlə paltar, şirniyyat, su götür, saçını kəs. Biz hara desək ora gəl, dağlıq əraziyə gəl".