Вернуться назад Распечатать

Lavrov Ceyhun Bayramovu təbrik edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik edib.

1xeber.media xəbər verir ki, Təbrik XİN-in saytında dərc olunub.

Təbrikdə deyilir: “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Lavrovun sözlərinə görə, Rusiyanın Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq istiqamətində möhkəmlənməkdə davam edir. Nazir əmin olduğunu bildirib ki, beynəlxalq platformalarda qarşılıqlı dəstək qarşılıqlı faydalı maraqların əldə olunmasına töhfə verə bilər.

Əvvəllər qeyd olunub ki, bu ilin ilk iki ayında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 68,7 faiz artıb. O cümlədən idxal 94,2 faiz artıb.