Amerika tərəfi həm Kiyevin, həm də Moskvanın Ukrayna münaqişəsinin həllində edə biləcəyi güzəştləri əvvəlcədən mühakimə etməyəcək.
1xeber.media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
"Biz güzəştlərin nə olacağını əvvəlcədən mühakimə etmək fikrində deyilik, çünki bu güzəştlər Ukraynanın nəyi qəbul etməsindən və Rusiyanın nəyi qəbul etməsindən asılı olacaq. Amma biz sülh yolunda konkret addımlar atmalıyıq", - departament rəhbəri qeyd edib.
Bundan əvvəl “The Washington Post” (WP) ekspertlərə istinadən yazıb ki, Ər-Riyadda danışıqlarda iştirak edən Amerika nümayəndə heyəti təcrübəli diplomatlar olan rusiyalı danışıqlarçılara uyğun gəlmir. Məqalə müəllifləri onu da qeyd edirlər ki, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı ilk ictimai tənqidi Vaşinqtonun danışıqlarda öz maraqlarını müdafiə edə bilməməsinin üstüörtülü etirafıdır.