Şuşa Dövlət Musiqili Dram Teatrına baş rejissor təyin edilib.
Mədəniyyət Nazirliyindən 1xeber.media verilən məlumata görə, bu barədə mədəniyyət naziri əmr imzalayıb.
Əmrə görə, Anar Babalı oğlu Sadıqov sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, o bu təyinata qədər Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb.