Вернуться назад Распечатать

Etirazçı tələbələr Serbiyanın paytaxtında bir neçə küçəni bağladılar

Belqradda etiraz edən tələbələr ölkədə aprelin 4-də qeyd olunan Tələbələr Günü münasibətilə keçirilən yürüş zamanı şəhərin mərkəzində bir neçə küçəni bağlayıblar.

1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat paylaşıb.

Yürüş zamanı və toplaşma məntəqələrində tələbələr Serbiya paytaxtının mərkəzində, Müqəddəs Sava kilsəsinin yaxınlığında nəqliyyatın hərəkətini kəsiblər. Onlar noyabrın 1-də Novi Sad dəmir yolu vağzalında tavanın uçması nəticəsində həlak olan 16 nəfərin xatirəsini yad ediblər. Bundan sonra izdiham ən böyük bulvar olan Kralja Aleksandra, eləcə də Yeni Qəbiristanlığa gedən yolda Ruzveltova küçəsində nəqliyyatın hərəkətini kəsib.

Martın 15-də Belqradda keçirilən etiraz aksiyasında 30 mindən çox etirazçı iştirak edib.