Вернуться назад Распечатать

Bakı Biznes Mərkəzinin keçmiş direktoruna yeni vəzifə verildi

İqtisadiyyat Nazirliyinə məxsus Bakı Biznes Mərkəzi MMC-nin keçmiş direktoru Seyran Məmmədova yeni vəzifə verilib.

1xeber.media  xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi təyin olunub.

Nazirlikdən faktı təsdiq ediblər.

Xatırladaq ki, S.Məmmədov Bakı Biznes Mərkəzinə 15 il rəhbərlik edib və ötən ay bu vəzifəni tərk edib.