Вернуться назад Распечатать

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi ərazilərdə avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

1xeber.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 6-da ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.