Вернуться назад Распечатать

13 ay maaş, 2 ay təzminat, 2 il məzuniyyət...

Zamirə Dadaşova Space TV-dən çıxıb.


1xeber.media  axşam.az-a istinadla xəbər verir ki, aparıcı öz ərizəsi ilə işdən çıxdığını deyib.

O bildirib ki, məhkəmədə qalib gəlib, kanaldakı işinə qayıtsa da, orada qalmaq istəməyib:

"Mənə görə şad xəbərdir. Dünən Space TV-yə getmişdim. Yazığım gəldi ki, 2 ildir mənə maaş ödəyirlər və mən ərizəmi yazıb çıxmasam, məhkəmə qərarından sonra işdən çıxarda da bilmirlər. Dedim, bu qədər cəza bəsdir. Həm də orada çalışan insanların haqqına girmək istəmirəm. Ərizəmi yazdım, böyük məbləği götürdüm (13 ay maaş, 2 ay təzminat, 2 il məzuniyyət), yaxşı insanlarla sağollaşdım, pisləri Allaha həvalə etdim və 19 il çalışdığım binadan ayrıldım.

Nə qədər qürurlu, güclü, ədalətli olduğuma bir daha şahid oldum. Hətta məni tanımayan insanların da mənə necə hörmət etdiklərini, qarşı tərəfə olan münasibətlərini də gördüm. Əzilmədən, sınmadan, ədalətsiz və savadsız insanlara yerlərini göstərərək həyatımın gözəl bir səhifəsini də geridə qoydum. Özümlə, gücümlə, ağlımla qürur duyuram".

Zamirə Dadaşova sözügedən kanalda heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi.

O, Space TV-nin rəhbəri Vado Korovini məhkəməyə vermişdi. 

"Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm".