Вернуться назад Распечатать

ANAMA əməkdaşı minaya düşdü

ANAMA əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb.

1xeber.media xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb. 

Mehdili kəndi ərazisində 1991-ci il təvəllüdlü Heydər Xankişiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Onun sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.