Вернуться назад Распечатать

ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş

ANAMA-nın əməkdaşı, 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.

1xeber.media Xəzər TV-yə istinadən xəbər verir ki, H. Xankişiyev İmişli rayonunun Sarıxanlı kənd sakinidir. 

O, Birinci Qarabağ müharibəsinin şəhidi Xankişiyev Əli Şahlar oğlunun övladıdır. 

Polis baş çavuşu olmuş Əli Xankişiyev 1991-ci ilin 14 noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.